
- A-
- A
- A+
Şoutaym
17:56 / 17.09.2026
1 dəq oxunma
Xalq artisti evə buraxıldı
Hazırda oxunan: Xalq artisti evə buraxıldı
637248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xalq artisti Şükufə Yusupova evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo.az”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:
“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub.
Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































