Putin seçkilərin təşkilini FTX-yə həvalə etdi - Bütün rəqiblər kənarlaşdırıldı

Putin seçkilərin təşkilini FTX-yə həvalə etdi - Bütün rəqiblər kənarlaşdırıldı

Hazırda oxunan: Putin seçkilərin təşkilini FTX-yə həvalə etdi - Bütün rəqiblər kənarlaşdırıldı

637237

Sentyabrın 18–20-də keçirilməsi planlaşdırılan Rusiya Dövlət Dumasına seçkilər əsl teatr tamaşasına çevrilib.

Bizim.Media "The Economist" nəşrinə istinadən xəbər verir ki, Kreml əvvəllər heç olmasa demokratik görünüş yaratmağa çalışsa və bəzi müxalif namizədlərə icazə versə də, Ukraynadakı uzun sürən müharibə fonunda strategiyasını dəyişib.

Məlumata görə, artıq seçki məsələləri ilə bürokratlar deyil, birbaşa Federal Təhlükəsizlik Xidməti (FTX) məşğul olur.
 

Xüsusi xidmət orqanı opponentləri gözdən salmaq yolu ilə deyil, daha sərt vasitələrlə – qadağalar, hədə-qorxu və həbslərlə sıradan çıxarır. Məsələn, açıq şəkildə anti-müharibə mövqeyi sərgiləyən "Yabloko" partiyasının rəhbərliyi həbsə məhkum edilib.


Müstəqil "ExtremeScan" sosioloji xidmətinin məlumatına görə, hakim "Vahid Rusiya" partiyası real səslərin 25%-dən çoxunu qazana bilməz, lakin Kreml istənilən nəticəni dövlət sektorunun işçilərinin məcburi iştirakı və saxtakarlıqlar hesabına təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO