İsveçin Baş naziri istefa verdi

İsveçin Baş naziri istefa verdi

Hazırda oxunan: İsveçin Baş naziri istefa verdi

637261

İsveçin Baş naziri Ulf Kristersson hakim koalisiyanın parlament seçkilərindəki məğlubiyyətindən sonra istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə U.Kristerssonun "X" sosial şəbəkəsində parlamentin spikeri Andreas Norlenə ünvanladığı bəyanatda bildirib.
 

U.Kristerssonun sözlərinə görə, seçkilərin nəticələri növbəti hökumətin formalaşdırılması üçün mürəkkəb şərait yarada bilər, çünki səsvermə günündən əvvəl partiyaların müxtəlif bəyanatları hökumətin və koalisiyaların qurulmasının bütün mümkün variantları üçün maneəyə çevrilə bilər.


Seçkilərin ilkin nəticələrinə görə, sol mərkəzçi müxalifət ümumilikdə 176 mandat qazanıb. Hakim koalisiya partiyaları - Mötədil Koalisiya Partiyası, "İsveç Demokratları", Xristian-Demokrat Partiyası və Liberal Partiya - 173 mandat alıb.

Bununla belə, baş nazir və digər nazirlər yeni hökumət vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini qoruyub saxlayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO