ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO - VİDEO

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO - VİDEO

Hazırda oxunan: ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO - VİDEO
637183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu həyatına son qoyub.

Bizim.Media xəbər verir ki, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası əslən Laçın rayonundandır. Ailə uzun illərdir Bərdədə məskunlaşıb.

Məlumata görə, Turan ixtisasca mühəndis olub.

O, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedib və ordu sıralarında xidmət edib.

T.İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailədə ata-anası, iki qardaşı və bir bacısı olub.

Yaxınları bildirib ki, Turan “Green Card” qazanıb və ABŞ-a gedib:

“Bundan sonra o ölkədə orduya daxil olub. Turan bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. O, dünən məzuniyyətə Bakıya gəlib və səhər saatlarında həyatına son qoyub”.

Qeyd edək ki, hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur. (Gununsesi.info)



ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı – FOTO - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO