"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə alternativ marşrutlar təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərnişinlər "Dərnəgül" dəmiryol dayanacağından istifadə etməklə "28 May" istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər:
"Həmçinin Xırdalan və Biləcəridən qatarla "Dərnəgül" dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etmək mümkündür. Sərnişinlər bu yolla "yaşıl xətt" üzrə, o cümlədən "20 Yanvar", "İnşaatçılar" və tələbə axınının yüksək olduğu "Elmlər Akademiyası" stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər".
ADY qeyd edib ki, qatarların hərəkət cədvəli qurumun saytında və "ADY Mobile" tətbiqində təqdim olunur.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:50 / 17.09.2026
ADY metroya alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız – FOTO
Hazırda oxunan: ADY metroya alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız – FOTO
Hazırda oxunan: ADY metroya alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız – FOTO
637221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































