Neftin qiyməti 65 dolları ötdü - İl ərzində ilk dəfə 

Neftin qiyməti 65 dolları ötdü - İl ərzində ilk dəfə 

Hazırda oxunan: Neftin qiyməti 65 dolları ötdü - İl ərzində ilk dəfə 
12203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya bazarlarında “Brent” markalı neft yenə bahalaşır.

Bizim.Media xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçersi bahalaşaraq 65,46 ABŞ dollarına satılıb.

“Brent” markalı neft son dəfə 2020-ci ilin yanvarında 65 dollarlıq həddi keçmişdi.

Bundan sonra neftin qiyməti ucuzlaşıb. Əvvəlcə OPEC+ sazişinin pozulması, sonra isə işgüzar və istehsal fəallığını əhəmiyyətli dərəcədə azaldan koronavirus pandemiyası ucuzlaşmanın əsas amili olub. Pandemiya şəraitində xüsusən beynəlxalq daşınmalar sektoru azalıb, bu da həmçinin neftin qiymətinə təsir göstərib.

İndi dünyada koronavirusa yoluxma azalmağa doğru gedir. Bu isə fevralda qiymətlərdə maksimum həddə nail olmağa imkan verib.

Ötən gün Bakı vaxtı ilə saat 10.50-yə olan vəziyyətə görə “Brent” markalı neftin aprel fyüçersləri 0,24 faiz bahalaşaraq 63,5 ABŞ dollarına satılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO