Füzulidə silah-sursat aşkar edildi – RƏSMİ - VİDEO 

Füzulidə silah-sursat aşkar edildi – RƏSMİ - VİDEO 

Hazırda oxunan: Füzulidə silah-sursat aşkar edildi – RƏSMİ - VİDEO 

114933

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. 

Tapılan 45 avtomat, 11 pulemyot, 9 qumbaraatan, 2 tank əleyhinə idarə olunan raket sistemi, 2 snayper tüfəngi, 4 tapança, 1 AQS və lent qutuları, 3 əl qumbarası, 15 partladıcı, 2 gecə görmə cihazı, 1500 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO