
- A-
- A
- A+
Göygöl-Kəlbəcər yolunun tikintisi Türkiyə şirkətinə veriləcək - RƏSMİ
“Göygöldən Kəlbəcərə yol var. Toğanalı kəndindən başlayaraq Murovdağ silsiləsindən keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun inşasında ilkin işlərə başlanılıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli səsləndirdi:
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
“Murovdağ silsiləsinə kimi ilk 16 kilometrlik torpaq işləri həyata keçirilib. Hal hazırda həmin yolun tikintisi layihələndirmə mərhələsindədir. 2-3 hərəkət zolaqlı olması nəzərdə tutulub. 3 hərəkət zolağı enişli-yoxuşlu ərazilərdə, digər yerlərdə 2 hərəkət zolaqlı 2-ci texniki dərəcəli avtomobil yolu olacaq.
"Murovdağ silsiləsi 3 min 500 metr hündürlüyə malikdir. Çətin relyef olduğuna görə, dağ silsiləsini tunellər vasitəsilə keçmək planlaşdırılır. Tunellərin uzunluğu 10-12 kilometr olacaq. Layihə üzrə dəqiqləşirmə aparılacaq”.
Anar Nəcəfli bildirdi ki, layihəyə Türkiyə şirkətlərinin cəlb olunması hədəflənib, hazırda danışıqlar aparılır və yaxın günlərdə bununla bağlı açıqlama veriləcək. AAYDA-nın şöbə rəisi əlavə etdi ki, proyektin uzunluğu 190 km-dir.
“Layihə şimal ərazisindən nəqliyyat vasitələrinin Qarabağa daxil olmasını təmin edəcək.
Mincivan-Ermənistan sərhədinin magistral yolunun həmin hissəsinin yenidən qurulması və həmin yoldan Qubadlı-Laçın istiqamətində 2-ci texniki dərəcəli yolun tikintisi də nəzərdə tutulub.
Bununla da, Füzuli-Şuşa yolundan əlavə həm şimal, həm də cənubdan Laçın istiqamətində hərəkət etmək mümkün olacaq”.
AAYDA rəsmisinin fikrincə, planlaşdırılan yollar regionun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Anar Rəhimov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































