Aygün Kazımova küsülü olan Fatimə ilə Xatunu BARIŞDIRDI - VİDEO

Hazırda oxunan: Aygün Kazımova küsülü olan Fatimə ilə Xatunu BARIŞDIRDI - VİDEO

112583

Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva uzun illərdir aralarında yaşanan küsülüyə son qoyub, barışıblar. 

Bizim.Media xəbər verir ki, onları Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" səhər şousunda barışdırıb. 

Verilişin gedişatında Kazımova sənətçiləri barışdırmaq qərarına gəlib. 

Həmin an isə Fatimə ilə Xatun göz yaşlarına boğulub. 

Xatun "Aygün Kazımova, siz heç kimdən küsülü deyilsinizsə, biz də olmayaq" deyərək, qarşı tərəfə barışıq addımı atıb. 

Bundan sonra Xatun ifası zamanı Fatiməni öpüb, qucaqlayaraq, barışdıqlarını efir vasitəsi ilə nümayiş etdiriblər. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO