
- A-
- A
- A+
Dünya
21:47 / 28.12.2022
Rusiya Litvalı diplomatı ölkəsindən QOVDU - SƏBƏB
Hazırda oxunan: Rusiya Litvalı diplomatı ölkəsindən QOVDU - SƏBƏB
112190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya Litvanın Moskvadakı səfirliyində çalışan diplomatı “istənilməyən şəxs” elan edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, buna səbəb Litvanın dekabrın 1-də Rusiya diplomatını “istənilməyən şəxs” siyahısına əlavə etməsidir. Həmin qərara uyğun olaraq Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yurqita Cibulskienen nazirliyə çağırılıb.
Bəyanatda səfirə etiraz notası verilib. Buna cavab olaraq Litva səfirliyindəki diplomatlardan biri “qara siyahı”ya daxil edilib. Həmin diplomat 5 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































