Bu gün istefa verən Vasif Talıbov kimdir? – DOSYE 

Bu gün istefa verən Vasif Talıbov kimdir? – DOSYE 

Hazırda oxunan: Bu gün istefa verən Vasif Talıbov kimdir? – DOSYE 

110815

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verdiyi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, Vasif Talıbov 1995-ci ilin dekabrından etibarən bu vəzifəni icra edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Vasif Talıbov istefa verdi


Bəs, Vasif Talıbov kimdir?

Vasif Talıbov 1960-cı il yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrini icra edib.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilmişdir.

Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII qurultayında isə YAP İdarə Heyətinin üzvü seçilib.
Son həftələrdə isə Muxtar Respublikanın idarəetmə sturkturlarında ciddi korrupsiya halları aşkar olunmağa başlayıb.  Belə ki, xüsusi xidmət orqanları tərəfindən Naxçıvanda bir neçə əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər. Mənimsənildiyi ehtimal olunan vəsaitin məbləği isə, ümumilikdə, yarım milyard manata yaxındır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO