İlon Mask ilk addımı atdı – “Twitter”in rəhbər şəxslərini işdən çıxardı

İlon Mask ilk addımı atdı – “Twitter”in rəhbər şəxslərini işdən çıxardı

Hazırda oxunan: İlon Mask ilk addımı atdı – “Twitter”in rəhbər şəxslərini işdən çıxardı
101597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask “Twitter”i alıb. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, Mask “Twitter”in sahibi olduqdan sonra şirkətdə çalışan 5 yüksəkvəzifəli direktoru istefaya göndərib.  

Məlumata görə, sözügedən şəxslər şirkətin baş direktoru Paraq Aqravala, maliyyə direktoru Ned Siqal, müştərilərlə iş üzrə direktor Sara Personett, korporativ siyasət üzrə direktor Vicaya Qadde, eləcə də şirkətin baş hüquqşünası Şon Ecettdir.  
Bildirilir ki, Maskın tviteri almasına dair müqavilə imzalanarkən həmin şəxslər şirkətin baş qərargahında olub və mühafizə onları binadan uzaqlaşdırıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO