Moderator.az Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun modern.az-a müsahibəsini təqdim edir:
Kəlbəcər haqqında qısa məlumat: Kəlbəcər 8 avqust 1930-cu ildə rayon statusu adı alıb. 1993-cü il aprel ayının 2-də Ermənistan tərəfindən işğal edilib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və 707 yaşayış məntəqəsində qaçınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852 hektar meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. İşğal nəticəsində Kəlbəcərdən 53 min 340 nəfər adam qovulub. 511 dinc əhali öldürülüb, 321 itkin düşüb. Kəlbəcərin sahəsi 1936 kvadrat kilometirdir.
- Aqil müəllim, hazırda kəlbəcərlilər daha çox hansı bölgələrdə məskunlaşıblar?
- Kəlbəcərlilər respublikanın 56 rayonunun 800-ə yaxın yaşayış məntəqəsində məskunlaşıblar. İşğal olunan vaxt rayonun 58 mindən artıq əhalisi olub. Hazırda isə Kəlbəcərin 72 mindən artıq əhalisi var. Kəlbəcərlilər ən çox Gəncə, Gəncə ətrafı bölgələr, Goranboy və Tərtərdə yaşayırlar. 13 mindən artıq sakinimiz isə Bakı, Abşeron və Sumqayıtda məskunlaşıblar.
- Kəlbəcərlilər ən çox hansı problemləri ilə bağlı sizə müraciət edirlər?
- Müxtəlif problemləri ilə bağlı müraciət edənlər olur. Biz də bacardığımız qədər, rayon icra hakimiyyətinin imkanları daxilində insanlara kömək etməyə çalışırıq. Bu gün insanları narahat edən məsələlərdən biri də mənzillə bağlı olan problemdir. Cənab Prezidentin tapşırığına əsasən, məskunlaşma davam edir. Bu ilin əvvəlində Gəncə ərzisində 1500 ailə üçün müasir tipli şəhərcik köçkünlərin istifadəsinə veridli. Cənab Prezident həmin qəsəbəyə baxış keçirdi. Orada təxminən 1400-dən çox kəlbəcərli ailə var idi ki, onlar da çətin şəraitdə yaşayan ailələr idi. Şəhərcikdə 1200 yerlik məktəb, 500 yerlik mədəniyyət mərkəzi, bağça tikilərək məcburi köçkünlərimizin istifadəsinə verildi. Proqram əsasında ilk olaraq çadır şəhərciyi ləğv olundu. Növbədə yataqxana şəraitində yaşayan ailələr var. Təmiri mümkünsüz olan evlərdə yaşayan ailələr üçün də qəsəbələrin tikintisi davam edir. İnsanlarımız bilirlər ki, bu problemlər dövlət proqramlarına əsasən həll olunur. Çünki təkcə Kəlbəcər rayonu işğal altında deyil. Onunla bərabər, Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır. Bu gün də qəsəbələrin tikintisi davam dir. Hazırda Gəncə yaxınlığında tikilməkdə olan qəsəbə 2-3 aya təhvil veriləcək. Orada 200-dən artıq ailənin məskunlaşması nəzərdə tutulub. Qısa müddət ərzində çətin şəraitdə yaşayan ailələrin hamısı evlə təmin olunacaq. Bundan başqa, işlə bağlı da müraciət edənlər olur. Yeni qəsəbələrin açılışı zamanı yeni iş yerləri də açılır. İnsanların müəyən bir qismi həmin qəsəbələrdə işlə təmin olunurlar. İnsanlarımızı narahat edən ən böyük məsələ torpaqlarımzın işğaldan nə zaman azad olunmasıdır. Məcburi köçkünlərin bütün problemlərini həll etməkdən ötrü mütləq torpaqlarımız Ermənistanın işğalından azad olunmalıdır. Bu istiqamətdə Ali Baş Komandanımız böyük səylər göstərir. Biz əminik ki, Cənab Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik.
- Bəs sizin rayon üzrə ölkə kənarında yaşayan məcburi köçkünlər varmı?
- Təbii ki var. Köçkünlüyün ilk dövrndə insnalar çox çətin dolanıdılar. Ona görə də onların bir qismi Rusiya Federasiyasına və digər ölkələrə üz tutdular. Son vaxtlar respublikamızda işsizlik azaldığı üçün xaricdə yaşayan həmyerlilərimizin bir qismi geri qayıdıb.
- Aqil müəllim, özünüz də uzun illər müəllim işləmisiniz. Təhsil sahəsində görülən işlər, rayonunuzda təhsilin səviyyəsi sizi qane edirmi?
- Biz çalışırıq ki, təhsildə yenilik edək və müəyyən çatışmazlıqları aradan götürək. Yaddan çıxarmamalıyıq ki, məcburi köçkün həyatı yaşayırıq. Bəzi yaşayış binalarında məktəblər formalaşdırılıb. Məcburuq ki, məcburi köçkün uşaqlarını kənarda qoymayaq, onları məktəblərə cəlb edək. Bununla bağlı müəyyən güzəştlər də olur. Ancaq çalışırıq ki, daxili imkanlar və başqa təşkilatlar hesabına təmir işlərini yaxşılaşdıraq ki, uşaqların təhsil alması üçün şərait daha normal olsun. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə keçən il Bakı şəhərində 3 məktəbimiz istifadəyə verildi. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 5-6 məktəbizimdə təmir işləri aparılıb. Daxili imkanlarımız hesabına keçən il əlavə 13 sinif otağı tikildi. Bu il də 13 məktəbdə təmir işlərinin görülməsi nəzərdə tutulur. Biz imkan daxilində vəziyyəti yaxşılaşdırmağa çalışırıq. Bizim rayonda təhsilə böyük önəm verilir. Çalışırıq ki, məktəblərimizdə savadlı kadrlar daha çox olsun. Uşaqlar bizim gələcəyimizdir. Onların yüksək təhsil alıb ali məktəblərə qəbul olunması bizim üçün də fəxr hissi yaradır. Ölkəmizdə təhsilin səviyyəsi ildən ilə artır. Bizim rayon üzrə ali məktəblərə qəbul olan tələbələriin sayı hər il artır.
- Səhiyyə sahəsində müəyyən çatışmazlıqlar var. Bəs sizin rayonda səhiyyə sahəsində hansı işlər görülür?
- Rayon insanlarının qaldığı yerlərdə səhiyyə sahəsində müəyyən çətinliklər var. Ancaq biz həmin çətinlikləri aradan qaldırmağa çalışırıq. 1993-cü ildən demək olar ki, müvəqqəti olaraq Gəncənin Gülüstan qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər xəstəxanası yaxın ətrafda və yaxın rayonlarda olan insanlara xəstəlikləri ilə bağlı kömək edir. Xəstaxanada yeni istilik sistemləri quraşdırılıb və yeni aparatlar gətirilib. Hazırda yeni xəstəxananın tikintisini həyata keçirməyə çalışırıq. Onunla əlaqədar yuxarı instansiyalara müraciət etmişik.
- Siz rayona başçı təyin edildikdən sonra hansı yeniliklər etmisiniz?
- Əslində gördüyüm işləri xidmət etdiyim insanlar qiymətləndirməlidir. Möhtərəm Prezidentimiz mənə etimad göstərib. Nə qədər ki, gücüm var, gecə-gündüz çalışaraq bu etimadı doğrultmağa çalışıram. BuŞ mənim borcumdur. Bildiyiniz kimi məcburi köçkün rayonunda işləmək olduqca çətindir. Bütün çətinliklərin öhdəsindən gəlməyə çalışıram.
- Qeyd etdiniz ki, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayırlar. Bəzən belə fikirlər səsləndirilir ki, torpaqlar azad olunduqdan sonra onlar geri dönməyəcəklər. Belə düşüncəli adamlarla rastlaşmısınızmı?
- Mənə elə gəlir ki, belə fikirləri o adamlar səsləndirə bilər ki, onlar məcburi köçkünlüyün nə olduğunu bilmirlər. Kəlbəcərdə yaşayıb sonra da buraya gəlmək, burada müəyyən çətinliklərlə üzləşmək... Bütün bu hissləri ancaq yaşayan bilər. Ən azı biz orada böyüyüb boya başa çatmışıq. O torpağın suyunu içmişəm, havasını udmuşam. Amerikanın ölkəmizdəki səfiri ilə də bu bardəd söhbətimiz olub. Əgər torpaqlar azad olunsa, geri qayıtmaq həvəsi nə cür ola bilər? Mən bu il Kəlbəcərin işğalı günü də bu məsləyə toxundum. Biz hər an, hər dəqiqə dövlətimizin dəstəyini hiss edirik. Ən azı gündəlik istifadə etdiyimiz su, qaz, elektrik enerjisi dövlət tərəfindən pulsuz verilir. Bu gün göz önündədir ki, hər cür şəraiti olan qəsəbələr tikilir. Ancaq bunlara baxmayaraq, Kəlbəcərdə bizim əzizlərimiz, babalarımız, nənələrimiz uyuyur. Onların ruhu da bizi rahat buraxmaz. Bunu etmək mümkün deyil. Günahdır. Bunu nə Allah bağışlayar, nə də ulularımızın ruhu. Biz Kəlbəcərin azad olunmasını səbirsizliklə gözləyirik. Bu günki Azərbaycanın gücü bizə inam verir ki, yaxın müddətdə torpaqlarımız azad olunacaq. Kəlbəcərin alınmasını, o torpaqlara qayıtmağı səbirsizliklə gözləyirik. Hamı bir nəfər kimi öz doğma yurduna qayıdacaq.






































































































