“Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? – VİDEO

“Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? – VİDEO

Hazırda oxunan: “Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? – VİDEO
96292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Televiziyası (AzTV) Vətən müharibəsinin ilk günü Kəlbəcərdə azad edilən “Canavar” yüksəkliyindən reportaj hazırlayıb. 3381 yüksəkliyi bütün cəbhəboyu düşməndən azad edilən ilk yüksəklikdir.

Bizim.Media xəbər verir ki, “Canavar” yüksəkliyi itki verilmədən azad edilib.

Yüksəkliyin müdafiəsi zamanı isə düşmənin artilleriya hücumu nəticəsində tabor komandiri Rahib Babayev və kapitan Rövşən Pənahov şəhadətə ucalır. Kapitan Emin Yolçuyev və iki əsgər yaralanır.

Rahib Babayev ölümündən sonra Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, həmçinin “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Rövşən Pənahov da Prezident İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Bizim.Media

 




“Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? – VİDEO - foto 1
“Canavar” yüksəkliyi müharibənin ilk günü necə azad edilmişdi? – VİDEO - foto 2
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO