Səudiyyə Ərəbistanının tanınmış diplomatı Misirdə keçirilən konfransda öldü – ANBAAN VİDEO

Səudiyyə Ərəbistanının tanınmış diplomatı Misirdə keçirilən konfransda öldü – ANBAAN VİDEO

Hazırda oxunan: Səudiyyə Ərəbistanının tanınmış diplomatı Misirdə keçirilən konfransda öldü – ANBAAN VİDEO
87823
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qəhtani Misirdə Ərəb-Afrika konfransında çıxış edərkən qəflətən dünyasını dəyişib. 

Bizim.Media “Tahiamasr.com”a istinadən xəbər verir ki, o, Qahirədə sərhədçilərin mühafizəsi evində çıxış edərkən huşunu itirib.

Həkimlər diplomatın yanına getsələr də, onu xilas edə bilməyiblər. Məhəmməd əl-Qəhtaninin ölümünə nəyin səbəb olduğu açıqlanmır. Son sözü belə olub:

“Rəbbinə sağlam qəlblə qovuşanlardan başqa heç kəsin dəyəri yoxdur”.

Konfrans saxtakarlığa qarşı mübarizə təşkilatının himayəsi ilə keçirilib. Tədbir diplomatın ölümü ilə əlaqədar ləğv edilib. Əl-Qəhtani çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri və kralları haqqında danışıb.
O, Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səudu “böyük insan” adlandırıb və qeyd edib ki, onun dövründə ölkənin terrorizm və digər problemlərdən xəbəri yoxdur.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO