Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

Hazırda oxunan: Kiyevə dəhşətli zərbələr: Ölənlərin sayı artır – FOTO-VİDEO

622795

Rusiya ordusunun Ukrayna paytaxtına endirdiyi son kütləvi hava zərbələri nəticəsində dağıntılar altından daha çox qurbanın cəsədi çıxarılıb. Kiyev şəhərinin meri Vitali Kliçkonun verdiyi son məlumata görə, paytaxtda həlak olanların sayı artıq 10 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası monitorinq qruplarına və rəsmi mənbələrə istinadən məlumat yayıb.
 

Müşahidəçilərin məlumatına görə, hücum zamanı Rusiya Ukrayna ərazisinə ümumilikdə 50-dən çox raket və 70-dən çox zərbə tipli pilotsuz uçuş aparatı (PUA) buraxıb. Hava hücumunun əsas hədəfi və zərbələrin əsas istiqaməti məhz Kiyev şəhəri olub.


Kiyev Şəhər Dövlət Administrasiyasının (KMDA) bəyanatına əsasən, paytaxtın bütün rayonlarında ümumilikdə 30-dan çox məkanda dağıntı və ciddi ziyan qeydə alınıb.

Bir neçə çoxmərtəbəli yaşayış binasına birbaşa raket zərbələri düşüb. Hazırda hadisə yerlərində xilasetmə işləri və dağıntıların təmizlənməsi prosesi davam edir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO