Bakıda 2 QƏZA: Xəsarət alanlar var – ANBAAN VİDEO

Bakıda 2 QƏZA: Xəsarət alanlar var – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda 2 QƏZA: Xəsarət alanlar var – ANBAAN VİDEO
592310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, minik avtomobillərindən biri işıqforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb.

Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. NİİM əməkdaşları tərəfindən işıqforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
 

Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına səbəb olub.


Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində 1 ədəd piyada işıqforuna zərər dəyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO