Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO

Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO

Hazırda oxunan: Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO
585902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub.

Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.
 

Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması və temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin edilmədiyi aşkarlanıb.


Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Həmin tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.



Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO - foto 1
Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO - foto 2
Salyan bazarında nöqsanlar aşkarlandı - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO