Türkiyə Suriyada genişmiqyaslı əməliyyata başladı - VİDEO

Türkiyə Suriyada genişmiqyaslı əməliyyata başladı - VİDEO

Hazırda oxunan: Türkiyə Suriyada genişmiqyaslı əməliyyata başladı - VİDEO
261625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq koalisiya qüvvələri, Türkiyə Silahlı Qüvvələri, eləcə də Suriya Daxili İşlər və Müdafiə nazirliklərinin iştirakı ilə Suriyanın Hələb vilayətinin şərqində yerləşən Əl-Bab şəhərində genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, əməliyyat Suriya Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin iştirakı ilə təşkil olunub. Əməliyyatın detalları barədə hələlik rəsmi açıqlama verilməyib.

“Sham News” agentliyinin yaydığı məlumata görə, xüsusi əməliyyatın əsas mərhələsi Əl-Bab şəhərində baş tutub. Türkiyə tərəfinin hava dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı koalisiya qüvvələri və Suriya ordusu hədəfə endirilmiş zərbələr icra edib.

Əməliyyat nəticəsində 4 silahlı zərərsizləşdirilib, İŞİD-in yüksək rütbəli komandiri və onu müşayiət edən bir neçə mühafizəçi saxlanılıb.
 

Əməliyyatdan sonra bölgədə, ehtimal olunur ki, hərbi əməliyyatlarla bağlı olan və hava limanı istiqamətində hərəkət edən 30 avtomobildən ibarət karvan müşahidə olunub.


Qeyd edək ki, bu əməliyyat son aylarda Suriyanın şimalında həyata keçirilən ən böyük antiterror tədbirlərindən biri hesab olunur. Əl-Babdakı reyd İŞİD-in komandanlıq strukturlarının tamamilə məhv edilməsinə yönəlmiş kampaniyanın tərkib hissəsidir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO