Zelenski: "İlk növbədə Trampla müharibəni necə dayandıra biləcəyimiz barədə danışıqlar aparırıq" – VİDEO

Zelenski: "İlk növbədə Trampla müharibəni necə dayandıra biləcəyimiz barədə danışıqlar aparırıq" – VİDEO

Hazırda oxunan: Zelenski: "İlk növbədə Trampla müharibəni necə dayandıra biləcəyimiz barədə danışıqlar aparırıq" – VİDEO
228707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın sonunda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə amerikalı jurnalist Leks Fridmana müsahibəsində bildirib. 
 

"Düşünürəm ki, yanvarın 25-də və ya başqa bir gün, siz sadəcə olaraq, 25 yanvar deyirsiniz, mən etiraz etmirəm. Həmin gün mənim doğum günümdür. İlk növbədə biz Trampla görüşürük. Biz onunla müharibəni, Putini necə dayandıra biləcəyimiz barədə danışıqlar aparırıq. Bizim onunla oturmağımız vacibdir.


Bundan sonra artıq rusiyalılarla söhbət baş tuta bilər. Məhz bu şəkildə, yoxsa danışıqlar masasına birbaşa üçümüz otura bilmərik. Siz hələ mənimlə elə danışırsınız ki... Bilirsiniz necə? Sanki Putin artıq danışıqlar masasına oturmaq istəyir, amma Ukrayna istəmir. Bu belə deyil", - deyə Zelenski qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO