DİN-dən əməliyyat: Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı – VİDEO

DİN-dən əməliyyat: Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı – VİDEO

Hazırda oxunan: DİN-dən əməliyyat: Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı – VİDEO
228692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıblar. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 
 

Bildirilib ki, Abşeron rayonu ərazisində yanvar ayının 1-də keçirilən tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Vaqif Səfərov saxlanılıb. Ondan 30 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. 


Bu şəxs narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edib Abşeron rayonunda ayrı-ayrı ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməyi planlaşdırıb. 

Saxlanılan şəxs ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. 




DİN-dən əməliyyat: Narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı – VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO