Ordumuzun bölmələri şərti düşmənin döyüş mövqelərini məhv etdi – VİDEO

Ordumuzun bölmələri şərti düşmənin döyüş mövqelərini məhv etdi – VİDEO

Hazırda oxunan: Ordumuzun bölmələri şərti düşmənin döyüş mövqelərini məhv etdi – VİDEO
222930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə taktiki-xüsusi təlimlər keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 
 

Qeyd edilib ki, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər. 


Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlif çaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. 

Həmçinin, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub. 

"Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdirib", - məlumatda vurğulanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO