Bakı səmasında meteor göründü – VİDEO

Bakı səmasında meteor göründü – VİDEO

Hazırda oxunan: Bakı səmasında meteor göründü – VİDEO
220144
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi səmasında meteor müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib.

O bildirib ki, səmada ara-sıra sürətli hərəkət edən obyektlər görünür:
 

“El arasında buna ulduz axını deyirlər. Əslində, bunlar Günəş sistemindəki cisimlərdən, asteroidlərdən qopan daş, buz qəlpələridir. Bu qəlpələr bəzən Yerin atmosferinə də sürətlə daxil olur, daha sonra yanıb kül olurlar. Bu gecə səmada müşahidə olunan meteorlar orionitlərdir. Bunlar Orion bürcünə düşdüyü üçün belə adlanır.


İlin aylarından asılı olaraq, hündür dağlıq ərazilərdən bu meteorları müşahidə etmək mümkündür. Orionitlər ən sürətli hərəkət edən meteorit hesab olunur. Onların sürəti saniyədə 66 kilometrə çatır. Onlardan bəziləri atmosferlə sürtüşmə zamanı külə çevrilsə də, Yerə çatanı da olur. Bu meteorlar yaşayış məskənlərinə düşəndə, fəsadlara səbəb ola bilər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO