Bayden Trampı “6 yaşlı yuxulu Don” adlandırdı - VİDEO

Bayden Trampı “6 yaşlı yuxulu Don” adlandırdı - VİDEO

Hazırda oxunan: Bayden Trampı “6 yaşlı yuxulu Don” adlandırdı - VİDEO
189377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı “altı yaşlı yuxulu Don” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “news.ru” saytı yazıb.

“Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışan yetkin bir adamam”, - deyə Bayden bildirib.

O, 2024-cü il seçkilərinin tam sürətlə getdiyini qeyd edərək, yaşın da problem olduğunu etiraf edib. Onun siyasi rəqibi ilə bağlı şərhi otaqda gülüşə səbəb olub. Bayden özünü əla hiss etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. Bayden isə Demokrat Partiyasından geniş dəstək alıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO