Elektron Təhlükəsizlik Xidmətindən media qurumlarına XƏBƏRDARLIQ 

Elektron Təhlükəsizlik Xidmətindən media qurumlarına XƏBƏRDARLIQ 

Hazırda oxunan: Elektron Təhlükəsizlik Xidmətindən media qurumlarına XƏBƏRDARLIQ 
125550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir. 

Bu barədə Bizim.Media-ya ETX-dən məlumat verilib. 

Məlumata görə, xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. 

Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir. 

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir: 

Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın; 

Çətin və unikal şifrlərdən (//bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (//bit.ly/3JAPJav) istifadə edin; 

Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun; 

İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin. 
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO