Müslüm Maqomayev azərbaycanlı olduğunu necə sübut etdi? – VİDEOFAKT

Müslüm Maqomayev azərbaycanlı olduğunu necə sübut etdi? – VİDEOFAKT

Hazırda oxunan: Müslüm Maqomayev azərbaycanlı olduğunu necə sübut etdi? – VİDEOFAKT

80684

O hələ çox cavan ikən nəhəng Sovetlər Birliyində bütün fəxri adları və mükafatları, ən başlıcası sonsuz tamaşaçı sevgisi qazanmışdı. Ona gah “yaşayan əfsanə”, gah “SSRİ-nin seks simvolu”, gah da ki “vokal sənətinin Allahı” adlandırırdılar.

O isə bu adların heç biriylə öyünmürdü, qürurlanmırdı. Onun qürurlandığı tək bir fakt vardı - azərbaycanlı olması. Sözün bütün mənasında o ölənə qədər Azərbaycanlı olması ilə fəxr elədi...
Söhbət SSRİ Xalq artisti, bəstəkar-müğənni, Azərbaycan xalqının fəxri və daimayaşar sənətkarı Müslüm Maqomayevdən gedir. Bir çoxları zamanında onun çeçen mənşəli olduğunu söyləyirdi. Lakin Maqomayev hər zaman azərbaycanlı olduğunu bildirdi və bunu sübut etdi.

Hətta bu məsələyə görə, o ən yaxın dostu ilə uzun illər küsülü qaldı. Onun 10 ildən artıq küsülü qaldığı dostu isə SSRİ Xalq artisti, dünyaşöhrətli rəqqas Mahmud Esambayev idi.

Həmin hadisə barədə Müslüm Moqamayev ölümündən az əvvəl tanınmış ukraynalı teleaparıcı Dmitri Qordanla müsahibəsində danışıb. 

Daha ətraflı aşağıdakı videoda:
 



Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO