Kərəm Salahoğlu kitablarını oxuculara TƏQDİM ETDİ - FOTO

Kərəm Salahoğlu kitablarını oxuculara TƏQDİM ETDİ - FOTO

Hazırda oxunan: Kərəm Salahoğlu kitablarını oxuculara TƏQDİM ETDİ - FOTO

615260

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Bizim.Media xəbər verir ki, festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Kərəm Salahoğlunun imza günü keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şair-yazıçı Sahib Camalın kitabları maraqla qarşılandı


Doqquz kitab müəllifi olan şair 10-cu kitabının da yaxın zamanda nəşr olunacağını bildirib.

K.Salahoğlunun sözlərinə görə, “Qarabağın Fatehi” adlanan kitabı Prezident İlham Əliyevə həsr edilib.

Qeyd edək ki, o, “Yurda dönmək istəyirəm”, Dünyamız can üstədir”, “O dağlara borcluyam”, “Atamın etirafı” kimi kitabların müəllifidir.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO