Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO

Hazırda oxunan: Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO
612972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhhətində problem yaranan məşhur şair Yusif Həsənbəy özəl xəstəxanadan dövlət tibb müəssisəsinə köçürülüb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu “facebook” sosial hesabında paylaşım edib.

O, AYB rəhbərliyi adından səhiyyə naziri Teymur Musayevə və TƏBİB-in rəhbərliyinə təşəkkür edib:
 

“Dünən axşam saatlarından ağır vəziyyətdə “Məlhəm” Beynəlxalq Hospitalında müalicə alan şair, nasir Yusif Həsənbəylə bağlı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın tapşırığı ilə sədrin baş müşaviri Rauf Aslanov həm səhiyyə naziri Teymur Musayevə, həm də TƏBİB-in icraçı direktoru Anar Bayramova müraciət elədi, onlarla danışdı.


Qərara alındı ki, Yusif müəllim Bakı Sağlamlıq Mərkəzində dövlət hesabına müalicəsini davam etdirsin. “Məlhəm” Hospitalına dostların köməyi ilə toplanmış vəsaitlə son 2-3 günlük müalicə xərci (1323 azn) və Bakı Sağlamlıq Mərkəzinə köçürülmə xərci (126 azn) ödəndi”.

Qeyd edək ki, Həsənbəyov Yusif Qonaq oğlu 1932-ci ildə Quba rayonunda anadan olub. O, 1994-cü ildən AYB-nin Quba zona şöbəsinin sədri olub.

Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO - foto 1
Şairin xəstəxanaya borcu ödəndi - Başqa yerə köçürüldü - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO