Lenin muzeyinin tikintisinə sement göndərən zavodun AQİBƏTİ – Tovuzdan REPORTAJ – ÖZƏL

Hazırda oxunan: Lenin muzeyinin tikintisinə sement göndərən zavodun AQİBƏTİ – Tovuzdan REPORTAJ – ÖZƏL

41126

Vaxtilə məşhur Lenin Mavzoleyinin tikintisində məhz bu zavodun istehsal etdiyi sementdən istifadə olunub. Tovuz rayonunda 70 il fəaliyyət göstərən sement istehsalı zavodu indi isə xarabalığı xatırladır. 

Bizim.Media-nın bölgə müxbiri zavodun ərazisində olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə darmadağın edilmiş ALBAN məzarlığı - SENSASİON VİDEO


Onun 1912-ci ildə tikilmiş binasının, tarixi abidəyə çevrilmiş qülləsinin baxımsız durumunu işıqlandırıb.

Qeyd edək ki, Sovet dönəmində Tovuz sement zavodunun ölkənin iqtisadi inkişafında böyük rolu olub. Lenin mavzoleyi ilə yanaşı Tovuzun yüksək markalı sementi Moskva metrosunun tikintisində, Leninqradda (Sankt-Peterburqda) dekorasiya işlərinin görülməsində istifadə olunub.

Eləcə də SSRİ-nin xarici ölkələrdə həyata keçirdiyi tikinti işlərində məhz Tovuz sementindən istifadə olunduğu, dünyanın 40-dan artıq ölkəsinə hazır məhsul göndərildiyi qeyd olunur. Məlumatlara görə, bu sementdən İraqda, Misirdə su bəndlərinin qurulmasında da istifadə olunub. 

Zavod təkcə azərbaycanlıların dolanışıq mənbəyi olmayıb, burada alman, rus, ukrayna və digər millətlərin nümayəndələri də çalışıb. Onların Tovuzda yaşaması üçün böyük qəsəbə də salınıb ki, indi də rayon sakinləri həmin ərazini “Semzavod” adlandırlar.

1982-ci ildə isə Tovuz sement zavodunun ekoloji tarazlığı pozduğu “üzə çıxıb” və o bağlanıb. 90-cı illərin əvvəllərində isə zavodun həyətində olan qış və yay mədəniyyət evi, istirahət parkı və digər inzibati binalar sökülüb.
 

Zavodun baxımsız qalmış qülləsi isə əslində tarixi abidə kimi qeydə alınsa da, indi onun mühafizəsi ilə bağlı hər hansı işlər aparılmır. İddia edilir ki, qüllənin tikintisində qırmızı kərpiçdən, yumurta və süddən istifadə olunub.


Əsrin əvvəlində tikilmiş qüllə rayona gələn qonaqların marağını kəsb etsə də, ona yaxınlaşdıqda baxımsız bir vəziyyətlə üzləşilir. Halbuki 109 yaşlı qülləni bərpa etmək, ərazini abadlaşdırmaqla, buranı turizm məkanına çevirmək mümkündür.  

Məsələ ilə bağlı araşdırmamız davam edir. 

Cümşüd Məmmədov, Bizim.Media - Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO