"Sevmədiyim insandan uşaq doğmaram"

Hazırda oxunan: "Sevmədiyim insandan uşaq doğmaram"

32384


Müğənni Xumar Qədimova sənətdən uzaq qalmağının səbəblərini açıqlayıb. 
Moderator.az-ın məlumatına görə, sənətçi “ATV Maqazin” dərgisinə müsahibəsində sənət adamlarının ona uyğun insanlar olmadığından şikayətlənib: “Bu aləmdən niyə kənara çəkildiyimi bilirsiz? Burada yalan, xəyanət, ikiüzlülük tüğyan eləyir. Bunları görmək mənim üçün çətindir. Məni o mühitin insanları ilə bir otağa salın, gəlib görəcəksiniz ki, Xumar ölüb. O demək deyil ki, mən zəifəm, yox. Hər barədə onların hamısından güclüyəm. Onlar məni ruhən öldürərlər. Çünki onlar tam mənim əksim olan insanlardır, qəti mənim dünyamdan deyillər. Mən də öz yolumu tapmışam, çəkilmişəm kənara: sənətimlə, işimlə məşğulam. Allah hamısının canını sağ eləsin, mən o mühitə girə bilmərəm”.
Xumar Qədimova dünyaya uşaq gətirməsi ilə bağlı suala isə belə cavab verib: “Sevmədiyim insandan dünyaya övlad gətirmərəm. Məni sevənlər həmişə var. Əsas mənim sevməyimdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO