“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO

“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO

Hazırda oxunan: “Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO
19280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Gürcüstan mədəni ictimaiyyəti böyük teatr və kino aktyoru Kaxi Kavsadzeni itirib. O, keçən ilin dekabrında koronavirusdan qurtula bilsə də bu dəfə əcəl imkan verməyib. 86 yaşlı aktyor bu gün həyatla vidalaşıb.

Əslində o postsovet ölkələrinin hamısında sevilirdi. 

Məşhur “Səhranın bəyaz günəşi» filmindəki xarizmatik Abdulla rolu ilə milyonların sevgisini qazanmışdı.

Onun filmdəki kəlmələri milyonların dilində replikaya çevrilmişdi.

O, unudulmaz Don Kixot rolu ilə də gürcü teatr və kinosunun ən cazibədar cəngavəri sayılırdı.

Sovet dövrü Gürcüstan kinematoqrafiyasının bütöv bir epoxası onunla bağlı olub.

Kaxi Davidoviç Kavsadze 5 iyun 1935-ci ildə Tbilisi şəhərində anadan olub.

Kaxi hələ məktəbdə oxuyarkən film çəkilişlərinə dəvət alıb. Orta məktəbi bitirdikdən sonra Tbilisidə Şota Rustaveli adına teatr institutuna daxil olub. 1959-cu ildə teatr aktyorluğu fakültəsini bitirib. 

Müsahibələrdən birində o, belə deyir:

"Bilirsiniz ki, bu həyatda ən vacib şey nədir? Bir adam zarafat edərkən, digəri əgər onu başa düşürsə, bu fantastikadır! Və əslində, hər şey bununla başlayır - dostluq, sevgi və ailə. Mən hətta bu məsələni BMT-də müzakirə etməyi təklif edərdim: bütün dövlət rəhbərlərini toplayıb yumor anlayışının səviyyəsini yoxlamaq lazımdır."

"Anlayış yoxdursa, vəzifədən kənarlaşdırılsın və bir daha təyin olunmasın. İndi çoxları hesab edirlər ki, həyatda əsas şey puldur. Yox... Əsas odur ki, yumorun olsun".

Allah rəhmət eləsin!

Bizim.Media

“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO - foto 1
“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO - foto 2
“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO - foto 3
“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO - foto 4
“Səhranın bəyaz günəşi” filmindəki Abdulla öldü - FOTO - foto 5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO