Şəkidə aclıqdan əziyyət çəkən atlar qida ilə təmin olundu – FOTOLAR

Hazırda oxunan: Şəkidə aclıqdan əziyyət çəkən atlar qida ilə təmin olundu – FOTOLAR

18868

Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu gün  nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda it və pişiklər COVİD-19 müayinəsindən keçəcək - Tədqiqatlara başlanıldı


Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO