Şuşada Bülbülün xatirəsi anıldı - FOTO

Şuşada Bülbülün xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Şuşada Bülbülün xatirəsi anıldı - FOTO

142780

Şuşada Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi anılıb.

Bu barədə Bizim.Media-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

İdarənin İcraçı direktoru Tural Novruzov, Qoruğun əməkdaşları, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri Bülbülün doğum günü münasibəti ilə büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev muzeyini ziyarət ediblər, gül dəstələri qoyublar.
Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda uşaqlıq və gənclik illərindən danışıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO