Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin premyerası olacaq

Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin premyerası olacaq

Hazırda oxunan: Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin premyerası olacaq

134798

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində TASS İnformasiya agentliyinin baş direktorunun birinci müavini, Əməkdar mədəniyyət işçisi, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin premyerası olacaq.

Bizim.Media xəbər verir ki, sənədli film Ulu Öndər Heydər Əliyevin həyatının son dövrünə həsr olunub.

Mixail Qusman AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib:

“1987-ci ildə xəstəlikdən sonra Heydər Əliyev tutduğu bütün vəzifələrdən haqsız olaraq azad edilmişdi. O, Vətəninə, sonra isə xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıtdı. Belə bir qayıdış dünya tarixində ilk dəfə idi. Filmdə “Formula vlasti” verilişinin təcrübəsindən istifadə edilir.

Biz Jak Şirak, Bill Klinton, Corc Buş, Toni Bleyer və digər dünya siyasətçiləri ilə Heydər Əlirza oğlu barədə söhbət edirik. Polad Bülbüloğlu isə “Liderin ürəyi” filmi üçün rus şairi Yuri Ryaşentsevin şeirlərinə gözəl mahnı yazıb”.

Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan danışan M. Qusman vurğulayıb ki, məhz Heydər Əliyevin siyasi kursunun strateji çoxvektorluğu, Rusiya və Türkiyə kimi Azərbaycanın ənənəvi tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlığa yönəldilməsi, Qərb tərəfdaşlarının maraqlarının nəzərə alınması Prezident İlham Əliyevin ölkədə inamla və uğurla həyata keçirdiyi müasir xarici siyasət kursunun əsasını qoyub.

Sənədli filmin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.

Qeyd edək ki, Mixail Qusman 2001-ci ildə “Formula vlasti” müəllif verilişi çərçivəsində “Heydər Əliyev. Son söz” televiziya proqramını lentə alıb. Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində, mayın 6-da və 7-də proqram “Rossiya-24” telekanalında təkrar nümayiş etdirilib. Bu verilişdə Heydər Əliyev müəllif Mixail Qusmanla söhbətində bir çox mövzulara toxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO