“Müslüm Maqomayev zəng edib dedi ki...” – Rəşid Behbudov Fondunun direktorunun MARAQLI XATİRƏSİ – FOTO 

“Müslüm Maqomayev zəng edib dedi ki...” – Rəşid Behbudov Fondunun direktorunun MARAQLI XATİRƏSİ – FOTO 

Hazırda oxunan: “Müslüm Maqomayev zəng edib dedi ki...” – Rəşid Behbudov Fondunun direktorunun MARAQLI XATİRƏSİ – FOTO 

133144

Dünya şöhrətli sənətkar, milyonların sevimlisi Müslüm Maqomayev təkcə Azərbaycan incəsənətini təmsil etmirdi, o həm də Azərbaycan musiqisinə, incəsənətinə və bu sahədəki faədailərə çox böyük qiymət verirdi.

Bizim.Media xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdinin söylədiyi fakt da bunun daha bir sübutudur.

Kamil Şahverdi sosial şəbəkə hesabında dahi sənətkarla bağlı xatirələrini bölüşüb:

“2007-ci ildə Müslüm Maqomayev zəng etdi və bildirdi ki, Habil Əliyevin 80 illik yubileyi ilə əlaqədar təbrik məktubu yazıb. Həmin məktubu Müslüm Maqomayev mənə göndərdi və xahiş etdi ki, bir dəstə gül alım və onun adından Habil müəllimə məktubla bir yerdə təqdim edərək onu təbrik edim. 
Mən böyük məmnuniyyətlə bu tapşırığı yerinə yetirdim. Habil müəllim çox kövrəldi və gözləri yaşardı. Mən Müslüm Maqomayevə zəng etdim və telefonu Habil müəllimə verdim. 40 dəqiqəyə yaxın danışdılar. Müslüm Maqomayev Habil müəllimə ən səmimi arzularını çatdırdı. Mən iki böyük sənətkarın söhbətindən dərin zövq aldım. Allah hər iki görkəmli sənətkarımıza rəhmət eləsin!”




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO