Elm adamları doğuş zamanı uşağın başının hansı şəkillərə girdiyini göstərən heyrətamz 3 D ölçülü görüntülər yayımlayıb. Görüntülərə görə, sözügedən dəyişikliklər doğuş müddətində uşağın ana bətnindən ayrıldığı zaman yaranır.xa0
Moderator.azxa0xəbər verir ki, fransız araşdırmaçılar tərəfindən qeyd edilən görüntülər bir uşağın başında yaranan böyük gərilməni ortaya qoyub.
Araşdırma zamanı 7 uşağın baş və beyin görüntüsü doğuşun ikinci mərhələsində, doğuş zamanı və uşaq doğulduqdan sonra izlənilib.
Doğuşdan sonra 5 uşağın baş və beyinlərinin şəkli doğuşdan əvvəlki formasına qayıdıb. Ancaq dəyişikliklər uşağın ikisində eynilə qalıb. Araşdırmaçıların əldə etdikləri nəticələrə görə, uşaqların doğuş zamanı düşünüləndən daha çox baş gərilmələri yaşadıqları ortaya çıxıb.



Kamran

































































































