Makarondan imtina etmədən də arıqlamaq olar  - Alimlərdən ilginc araşdırma...

Makarondan imtina etmədən də arıqlamaq olar - Alimlərdən ilginc araşdırma...

Hazırda oxunan: Makarondan imtina etmədən də arıqlamaq olar - Alimlərdən ilginc araşdırma...

220040
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, kanadalı həkimlər makaron məhsullarını qəbul etməyin çəkini artırmadığını, əksinə, hətta arıqlamağın mümkünlüyü qənaətindədirlər.

Alimlər makaronla xeyli karbohidratlar alan 2500 insanın iştirak etdiyi tədqiqatın təhlillərini aparıblar. Yoxlanılan şəxslər bu un məhsulunu həftədə üç dəfə qəbul ediblər. Orta norma bir boşqabın yarısı qədər olub. Üç aydan sonra ekspermentin iştirakçıları orta hesabla adama 500 qram çəki itiriblər.
Həkimlərin sözlərinə görə tədqiqatın nəticələri göstərir ki, makaron məhsulları balanslaşdırılmış dieta ilə qəbul ediləndə çəkinin artmasına səbəb olmur, piy qatları yaratmır. Alimlər bunu bu məhsulun aşağı qlikemik indeksi ilə izah edirlər.

“Nəticə göstərdi ki, adam hətta çəki itirə bilər. Ona görə də geniş yayılmış fikirin əksinə olaraq, makaron sağlam dietanın tərkib hissəsi ola bilər” - tədqiqatın həmmüəllifi doktor Con Sivenpiper deyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO