Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Hazırda oxunan: Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

611832

Türkiyə millisinin üzvü İrfan Can Kahveci İtaliyaya yollanmağa hazırlaşır.

Bizim.Media “Tuttosport”a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Sassuola”nın yolunu tuta bilər.
 

A seriyası təmsilçisi türk futbolçunun transferi üçün artıq indidən danışıqlara start verib. Maliyyə məsələsində problem yaşanmasa, Kahveci dünya çempionatından sonra İtaliyaya yollanacaq və “Sassuola” ilə 2 illik müqavilə imzalayacaq.


Yarımmüdafiəçi “Fənərbaxça”ya məxsus olsa da, “Kasımpaşa”da icarə əsasında çıxış edir.

O, 2028-ci il iyunun 30-na qədər “Fənərbaxça”ya məxsusdur. Kahveci “Gənclərbirliyi”, “Hacettepe”, “Başakşəhər” klublarının da formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO