Xalq artistinin qızı: “Prezidentin ayırdığı təqaüdün təsdiq olunmasını istəyirəm” - ÖZƏL

Xalq artistinin qızı: “Prezidentin ayırdığı təqaüdün təsdiq olunmasını istəyirəm” - ÖZƏL

Hazırda oxunan: Xalq artistinin qızı: “Prezidentin ayırdığı təqaüdün təsdiq olunmasını istəyirəm” - ÖZƏL

97935

“Atamın vəziyyəti yaxşı deyil. Beynində iki damarı tutulub. Tez-tez başı fırlanır. Biz onu bir dəqiqə belə tək qoymağa qorxuruq ki, birdən ayağa qalxar, başı gicəllənib, yerə yıxılar. Davamlı nəzarətimizdədir”. 

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.

Sənətkarın qızı atasının səhhəti ilə bağlı bunları dilə gətirib. 

“İllərlə dağları-dərələri gəzən insan, indi evdə əsa ilə gəzir. Yeriməkdə çətinlik çəkir. Çünki ayaqları tutulub. O, artıq nə dərman içmək istəyir, nə də ki ona iynə vurulmasını. Deyir ki, dərman içməkdən ürəyim bulanır, mədən ağrıyır. Yeməyi də çox zəifdir. Ümümi vəziyyəti ürək açan deyil”.  

Aytən Həsənova Mədəniyyət Nazirliyinin və digər adiyyatı qurumlarının onun atasının səhhəti ilə maraqlanmadığını bildirib.  

“Atamın vəziyyəti daha əvvəlki aylarda çox ağır olduğu zaman Mədəniyyət nazirliyi, TƏBİB və digər adiyyatı qurumlar zəng edib maraqlanırdı. Amma indi hamı yoxa çıxıb. Sanki heç belə adam olmayıb. Heç kim zəng etmir, atamın səhhəti ilə maraqlanmır. Qurum və nazirliklər elə başa düşürlər ki, atam sağalıb. Bir sözlə, bu məsələ unuduldu getdi.

Amma bu qətiyyən belə deyil. Atamın pensiya ilə də bağlı çətinlikləri var. Çünki onun prezident təqaüdü məsələsi hələ də öz həllini tapmayıb. Böyük sual altındadır. Prezidentin ona ayırdığı təqaüdün təsdiq olunmasını istəyirəm. Atama mən baxıram. Onun bütün dərmanlarını mən alıram. Özünüz də bilirsiniz ki, dərmanların qiyməti “od tutub, yanır”, çox bahadır. Atam təqaüd alsa, azdan-çoxdan köməklik olar”. 
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO