Vasif:

Vasif: "Rəhim ac-yalavac deyildi, “Porsche”si və 2 milyonluq evi vardı" - VİDEO

Hazırda oxunan: Vasif: "Rəhim ac-yalavac deyildi, “Porsche”si və 2 milyonluq evi vardı" - VİDEO

97380

“Rəhim mənim kiçik qardaşım olub. Onu hara çağırmışamsa, hər zaman təmənnasız gəlib. Onu bir toya çağırdım, amma gələ bilmədi. Səbəbini isə göndərdiyi video ilə başa saldı. Bu yaxınlarda bir doğum günü məclisi vardı.

Onu ora dəvət etdim. Dedi ki, yüz faiz gələcəyəm. O məclisə də gələ bilmədi, yenə də video çəkib atdı. Xətrimi çox istəyirdi. Mən o videoları ona görə paylaşdım ki, Rəhimin hansı vəziyyətdə olduğunu insanlar görsün, xəbərdar olsunlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli , “Elgizlə izlə” ictimai-sosial verilişin canlı efirinə zəng vurduğu zaman deyib.

Vasif həmkarı Rəhim Rəhimlinin vəfatından sonra yaydığı qalmaqallı və müzakirə dolu videosuna aydınlıq gətirib. Məhərrəmli bildirib ki, mərhumun kifayət qədər pulu olub və onun maddi cəhətdən heç kimə ehtiyacı olmayıb.
“Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki, Rəhimə? Bir mövsümün on toyunda çıxış edirdimsə, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı.

Hətta elə gün olurdu ki, Rəhim bir gündə üç dəfə toyda olurdu. Elə gün olurdu ki, Rəhim bir toydan 10.000 manat pul götürürdü. Rəhim ac-yalavac deyil idi. Rəhimin bu dəqiqə mərkəzdəki evinin 2 milyon qiyməti var.

Rəhimin şəhərin ən gözəl yerlərində bir neçə evi vardı. O evlərin birinə köçməyə hazırlaşırdı. Lazım olanda isə Rəhim onun-bunun cibinə pul qoyurdu. Hamiya da kömək edirdi. Rəhimin qardaşı Anarın və anasının da kifayət qədər pulları və imkanları var. Xahiş edirəm, bu söz-söhbətləri yığışdırsınlar. Rəhim tələbatlı müğənni olub. Altında “Porsche” avtomobili vardı. Rəhim şou yaradırdı. Cibindən xərcləyib, rəqqaslar gətirirdi ki, şou qursun.

Lazım olsaydı Rəhim özündən başqa on ailə saxlayardı. Mən onun bu videosunu yaymaqla Rəhim Rəhimlini qorumuşam”.
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO