Hüseynin 22 milyonluq

Hüseynin 22 milyonluq "İnstagram" hesabı saxtadır? – FOTO 

Hazırda oxunan: Hüseynin 22 milyonluq "İnstagram" hesabı saxtadır? – FOTO 
83858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın məşhur azərbaycanlı video blogeri və iş adamı Hüseyn Həsənovun milyonluq qol saatı və ayaqqabısının məşhur brendlərinin saxta olması üzə çıxıb.  

Bizim.Media “Super” nəşrinə istinadən xəbər verir ki, bu dəfə isə blogerin rəsmi “Instagram” hesabında olan izləyici sayının saxta olması iddia edilib.  

Belə ki, sözügedən sosial şəbəkə platformasında 22 milyon izləyici sayının yarıdan çoxu saxtadır.  

Mənbə H.Həsənovun populyarlığına şübhə etmir. 

“Onun fanatlarla görüşlərində insan seli yaşanır, hətta bəzən izdihamlar da olur. Bununla belə, görünür, blogerin “bandası” (Hüseynin özü fəxrlə pərəstişkarlarını adlandırır) o qədər də çox deyil.  

Ulduzun qadağan olunmuş sosial şəbəkədəki hesabı 22 milyon abunəçiyə malikdir, lakin onun yazıları cəmi iki milyon bəyənmə toplayır.  

Hesabın sürətli inkişafı da diqqət çəkir: 2019-cu ildə Hüseyn 10 milyon, 2020-ci ildə 15, 2021-ci ildə 17, artıq 2022-ci ildə isə 22 milyon abunəçi qeyd olunub. Ümumiyyətlə, burada nəsə təmiz deyil", - deyə məqalədə qeyd olunub.  
H.Həsənov isə haqqında yazılıb-pozulan, eyni zamanda dərc edilən xəbərlərə heç bir münasibət bildirməyib.  

Rəşad Əliyev, Bizim.Media

Hüseynin 22 milyonluq
Hüseynin 22 milyonluq
Hüseynin 22 milyonluq
Hüseynin 22 milyonluq
Hüseynin 22 milyonluq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO