Cavanşir Məmmədov

Cavanşir Məmmədov "Xalq artisti" adını almadığına görə efirdə ağladı - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov "Xalq artisti" adını almadığına görə efirdə ağladı - VİDEO

82540

“Füruzə sırtıq, özünü ora-bura soxan adam deyil. Mən də eləyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu “Tarixin bir günü” günorta şousunda deyib. 

Səhnə fəaliyyətindən söz açan sənətçi, hələ də “Xalq artisti” fəxri adına layiq görülmədiyinə görə kövrələrək, canlı efirdə göz yaşı axıdıb. 

“28 ildir ki Azərbaycanın kəndi-kəsəyi, kasıb ailələrin məclisləri qalmayıb ki, biz orada iştirak etməyək. Nazirin toyunda iştirak etmişik, 5000 manat pul veriblər. Onu götürməmişəm, özünə qaytarmışam. Demişəm ki, biz 3500 manata oxuyuruq. Söyləmişəm ki, dəsti-xətti pozmayaq. Axı bu zəhmətin nə zamansa haqqı veriləcək (“Xalq artisti” fəxri adını nəzərdə tutur). Kövrələrəm də, adam deyiləm mən? (ağlayır)”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO