Rozanın övladlığa götürdüyü aktyor oğluna ev verildi - FOTO

Rozanın övladlığa götürdüyü aktyor oğluna ev verildi - FOTO

Hazırda oxunan: Rozanın övladlığa götürdüyü aktyor oğluna ev verildi - FOTO

82433

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov mənzillə təmin edilib. 

Bizim.Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib.

C.Qafarov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayaraq bu sözləri yazıb.

“Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm”.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı gənc aktyorla əlaqə saxlayıb.

“2 saylı uşaq evinin yetirməsi olduğuma görə Sosial Xidmətlər Agentliyinə evimin olmamasına görə müraciət etdim. Mənə Sumqayıt şəhərində yerləşən sosial evlər layihəsi çərçivəsində 1 otaqlı ev verilib” – deyə Corc Qafarov bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO