Ebrunun iraqlı varlı iş adamı ilə FOTOSU MƏHKƏMƏLİK OLDU

Ebrunun iraqlı varlı iş adamı ilə FOTOSU MƏHKƏMƏLİK OLDU

Hazırda oxunan: Ebrunun iraqlı varlı iş adamı ilə FOTOSU MƏHKƏMƏLİK OLDU
79189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli müğənni Ebru Gündeşin özündən 19 yaş kiçik olan iraqlı zəngin iş adamı Rassan Xoşnavla eşq yaşadığı xəbəri ötən həftələrdə böyük əks-səda yaradıb. Sənətçini yeni münasibəti ilə bağlı təfərrüatlar ortaya çıxıb.  

Bizim.Media xəbər verir ki, aşiqlərin bir-birinə sarmaşıq sevgi fotosunun oğurlanması türk mətbuatının manşetinə çevrilib.  

Şəklin kimlər tərəfindən sızdırıldığı açıqlanmayıb. İş adamı  mətbuata verdiyi xəbərlə bağlı İstanbul Baş Prokurorluğuna müraciət edib.

Rassanın vəkili Ümit Kızıldağ vasitəsilə Növbətçi Cəza Hakimliyinə müraciət etdiyi ərizəsində müvəkkilinin ədalətsiz və qanunsuz hücumlara məruz qaldığını və şəxsi məlumatlarının ələ keçirildiyini iddia edib.  

Ekspertlər və hakerlər fotonun necə ələ keçirildiyi üzərində işləyiblər. İlkin araşdırmalara görə, qeyri-qanuni qrupların Rassanın telefon və kompüterinə hücum etdiyi bildirilib.  

Şəxsi həyatının toxunulmazlığının pozulduğu bildirilən ərizədə onun Ebru Gündeşlə münasibəti olduğu ilə bağlı mətbuatda gedən xəbərlərin qarşısının alınması tələb olunub.  

Sözügedən məzmun silinməsə, iş adamına maddi və mənəvi ziyan dəyəcəyi bildirilib.  
Qeyd edək ki, həbs olunan və daha sonra azadlığa buraxılan Rza Zərrabla Ebru Gündeş 11 il evli olub. Cütlüyün bu nikahdan Alara adlı qızı var. Onlar ötən ilin may ayında boşanıb.   

 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO