Park Bulvarda izdiham: Bloger Hüseyn Həsənov kütləni sakitləşdirməyə çalışdı – VİDEO

Park Bulvarda izdiham: Bloger Hüseyn Həsənov kütləni sakitləşdirməyə çalışdı – VİDEO

Hazırda oxunan: Park Bulvarda izdiham: Bloger Hüseyn Həsənov kütləni sakitləşdirməyə çalışdı – VİDEO

70074

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov bu gün Bakıda yerləşən Park Bulvara gəlib. Nəticədə ticarət mərkəzinə xeyli insan toplaşıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.

MÖVZU İLƏ BAĞLI:

Bakı əhalisi Park Bulvara axışdı: Bloger Hüseyn Həsənovu gözləyirlər – VİDEO


Yayılan daha bir videoda isə blogerin mühafizəçiləri izləyiciləri döyüblər. Bloger Hüseyn Həsənov isə kütləni sakitləşdirməyə çalışıb. 

Xatırladaq ki, Hüseyn Həsənov 5 iyun 1994-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib.

2021-ci ilin oktyabr ayında Medialogy şirkətinin araşdırmasına görə, Hüseyn Həsənovun İnstagram səhifəsi bu sosial şəbəkədə rusdilli 20 ən yaxşı səhifədə 4-cü yeri tutub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO