Bakı əhalisi Park Bulvara axışdı: Bloger Hüseyn Həsənovu gözləyirlər – VİDEO

Bakı əhalisi Park Bulvara axışdı: Bloger Hüseyn Həsənovu gözləyirlər – VİDEO

Hazırda oxunan: Bakı əhalisi Park Bulvara axışdı: Bloger Hüseyn Həsənovu gözləyirlər – VİDEO

70070

Bir az öncə Bakı əhalisi Park Bulvara axışıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yer alıb.

Bizim.Media xəbər verir ki, insanlar Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Park Bulvara gəlişini gözləyirlər.

Xatırladaq ki, Hüseyn Həsənov 5 iyun 1994-cü ildə Sankt-Peterburq şəhərində anadan olub.

Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib.

Elə həmin il atası ona restoran biznesini verib. Təhsil aldığı müddətdə KVN-də çıxış edib, bundan sonra videolar yaratmağa və öz bloqunu saxlamağa başlayıb. 2017-ci ildə "İlin Kişi Blogeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.

2018-ci ildə o, Cosmopolitan versiyasına görə Runetdə ən nüfuzlu 10 ad sırasına daxil olub.

Elə həmin il o, MC Doni və Lucy Chebotina-nın "Rendezvous" treki üçün çəkilmiş klipində rol alıb.

O, həmçinin İnstagramda baxış sayına görə rekorda imza atıb, blogerin videosuna 12 milyondan çox insan baxıb. 2018-ci ildə Vladimir Putinlə keçirdiyi mətbuat konfransında o, Telegram-ın bloklanması ilə bağlı sual verib.

Sonra o, "Mood Color Blue" - "Mood Color Red" mahnısına parodiyasını buraxmaq qərarına gəlib. 2019-cu ildə o, "10 Lyam", Natan ilə "Seç" və Sally & Tabby ilə "Head full of you" adlı treklərini buraxıb.

2020-ci ildə "No You" mahnısını ərsəyə gətirib. Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimi tanınır.

2021-ci ilin oktyabr ayında Medialogy şirkətinin araşdırmasına görə, Hüseyn Həsənovun İnstagram səhifəsi bu sosial şəbəkədə rusdilli 20 ən yaxşı səhifədə 4-cü yeri tutub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO