Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

Hazırda oxunan: Conni Depp yenidən "Cek Sərçə" rolunu oynaya bilər

631631

Prodüser Cerri Brukhaymer aktyor Conni Depp ilə "Karib dənizinin quldurları" filminin altıncı hissəsində rol almaq üçün danışıqların aparıldığını açıqlayıb.

Bizim.Media "Deadline"a istinadən xəbər verir ki, C.Brukhaymer qeyd edib ki, rejissorlar ssenari üzərində işləyirlər və layihəni həyata keçirəcəklərinə ümid edirlər.

Lakin nəşrin mənbələrinin məlumatına görə, C.Deppin personajı kapitan "Cek Sərçə" yeni hissədə filmin baş qəhrəmanı əvəzinə ikinci dərəcəli personaj kimi görünəcək.

Xatırladaq ki, franşizanın son hissəsi olan "Karib dənizinin quldurları: Ölülər nağıl danışmır" 2017-ci ildə nümayiş olunub və dünya kirayəsi üzrə təxminən 794 milyon dollar gəlir əldə edib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO