Mayamidə 1 milyona ev aldı

Mayamidə 1 milyona ev aldı

Hazırda oxunan: Mayamidə 1 milyona ev aldı
629063
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı müğənni Sergey Lazarev ABŞ-də daşınmaz əmlak alıb.

Bizim.Media xəbər verir ki, ifaçı Mayami-Biçdə yerləşən elit yaşayış kompleksində mənzil sahibi olub. Mənzilin dəyərinin komissiya və digər xərclərlə birlikdə 1 milyon dollardan çox olduğu bildirilib.

106,6 kvadratmetrlik mənzil binanın 10-cu mərtəbəsində yerləşir. Mənzildə iki yataq otağı, iki hamam otağı, mətbəxlə birləşdirilmiş qonaq otağı və körfəz mənzərəli eyvan var.

Yaşayış kompleksində üzgüçülük hovuzu, idman zalı, mühafizə xidməti, avtodayanacaq və yaxtalar üçün xüsusi körpülər də fəaliyyət göstərir.
 

Məlumata görə, alqı-satqı prosesi 2026-cı ilin mart ayında rəsmiləşdirilib. Lazarev mənzili uzun illərdir əməkdaşlıq etdiyi daşınmaz əmlak agentliyi və broker vasitəsilə alıb.


Qeyd edək ki, Sergey Lazarev 2008–2012-ci illərdə aparıcı Lera Kudryavtseva ilə münasibətdə olarkən tez-tez Mayamiyə səfər edir və həmin dövrdə də bölgədə daşınmaz əmlakla maraqlandığı deyilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO