İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR

İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR

Hazırda oxunan: İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR
628992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs Bodrumdakı evində mənəvi qızı Didem Karus üçün keçirilən elçilik mərasiminə ev sahibliyi edib.

Bizim.Media xəbər verir ki, mərasim Muğlanın Bodrum rayonunun Bitez məhəlləsində yerləşən evin bağında ailə üzvləri və yaxın dostların iştirakı ilə baş tutub.

Səmimi atmosferdə keçən tədbirdə Tatlısəs mənəvi qızı Didem Karusu iş adamı Orkan Çömlekçiyə verib. Bildirilir ki, sənətçi bu özəl gündə duyğulu anlar yaşayıb.

Ənənəvi qız istəmə mərasiminin keçirildiyi tədbirdə İbrahim Tatlısəs mənəvi qızına "beşi bir yerdə" qızıl hədiyyə edib. Hədiyyə mərasimin diqqət çəkən məqamlarından biri olub.
 

Elçilikdən sonra qonaqlar musiqi sədaları altında halay çəkərək cütlüyün sevincini bölüşüblər. Ailə üzvləri və yaxın dostların qatıldığı tədbirdən görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.


Məlumata görə, Didem Karus və Orkan Çömlekçinin toy mərasiminin sentyabr ayında keçirilməsi planlaşdırılır. (demokrat.az)

İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR - foto 1
İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR - foto 2
İbrahim Tatlısəs evində mənəvi qızı üçün elçilik mərasimi təşkil edib— FOTOLAR - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO