HammAli və Nəvainin klipində çəkilən modelin öldüyü qəza ilə bağlı detallar – FOTO/VİDEO

HammAli və Nəvainin klipində çəkilən modelin öldüyü qəza ilə bağlı detallar – FOTO/VİDEO

Hazırda oxunan: HammAli və Nəvainin klipində çəkilən modelin öldüyü qəza ilə bağlı detallar – FOTO/VİDEO

611951

HammAli & Navainin klipində yer almış 34 yaşlı rusiyalı model və aktrisa Kseniya Dobromilovanın ölümünə səbəb olan qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, Moskva Dövlət Yol Müfəttişliyinin məlumatına görə, onu vuran sürücü artıq saxlanılıb və yol hərəkəti qaydalarını pozduğuna görə beş ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Xatırladaq ki, HammAli və Navainin klipi ilə tanınan fotoqraf və model Kseniya Dobromilova bir neçə gün öncə Moskvanın mərkəzindəki Bolşaya Doroqomilovskaya küçəsində baş verən yol qəzasında həlak olub.

O, yolun ortasında velosipedçilərin şəklini çəkərkən motosikletçinin vurması nəticəsində ölüb. 
 

Kseniya özü həvəskar motosikletçi idi və son illərdə fotoqraf kimi çalışaraq baykerlərin şəklini çəkirdi. O, sosial mediada dəfələrlə fotosessiyalar zamanı sağlamlığını və həyatını müntəzəm olaraq riskə atdığını başa düşdüyünü etiraf edib. Eyni zamanda, o, teatrda da çalışıb, Luna Teatrı və Moskva Musiqili Teatrı ilə əməkdaşlıq edib.


Kseniya həmçinin model kimi fəaliyyət göstərib. 2019-cu ildə HammAli və Navai qrupunun "Devoçka-voyna" mahnısının klipində rol alıb. Kseniya son vaxtlar toyuna hazırlaşırdı.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO